Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, qürur mənəvi tərbiyə yolunun bir afətidir. Mərhum Ayətullah Hairi Şirazinin aydınladıcı sözləri ilə özünübəyənmənin tələsindən necə qurtulmağı anlayaq.
Səfərə çıxan bir yolçu, hədəfə doğru hərəkət etdikdə, getmədiyi yolu qarşısında görər. Lakin əgər hədəfə arxasını çevirsə, keçdiyi yolu görəcək.
Hər kim etdiklərini və keçdiklərini görürsə bilməlidir ki, səhv yoldadır və hədəfə arxa çevirib dayanıb. Amma hər kim getmədiklərinə və etmədiklərinə baxırsa, şübhə etməsin ki, hədəfə doğru dayanıb və doğru yoldadır.
Deməli, əgər birinin əməlində bir qədər təkəbbür meydana gəlirsə, bu onun aşağı düşdüyünün və gerilədiyinin göstəricisidir. Belə bir insan Allaha sığınmalı və hələ yerinə yetirmədiyi işlərə diqqət yetirməlidir ki, qürura qapılmasın.
Mənbə: "Əxlaqi təmsillər", (Təmsilate əxlaqi) C. 1, S.40.
Rəyiniz